Bakının Nərimanov rayonunda baş verən yanğın səbəbindən yolda tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.Bildirilib ki, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində baş verən yanğın səbəbindən metronun “Nərimanov” stansiyası istiqamətində yolda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.










