Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin üzvləri ilə birlikdə Tovuz şəhərində Şəhidlər Xiyabanında dəfn edilən şəhidlərimizin məzarlarını və şəhidlərimizin əziz xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üstünə və abidə kompleksi önünə tər çiçəklər qoyularaq əziz xatirələri böyük ehtiramla yad edilib.
911.info.az xəbər verir ki, deputat Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin inzibati binasında veteranlarla görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, veteranlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirib və fikir mübadiləsi aparılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik! Qazilərimizə və Müharibə veteranlarımıza isə can sağlığı arzulayırıq.


















