Ev Siyasət Ülvi Quliyev ona dəstək verən idmançılara təşəkkür edib

Ülvi Quliyev ona dəstək verən idmançılara təşəkkür edib

64

Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyev ona dəstək verən idmançılara təşəkkür edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ülvi Quliyev rəsmi “Facebook” səhifəsində paylaşım edib.Paylaşımda bildirilir:

“Əziz dostlarım – güləş üzrə üçqat Dünya, dördqat Avropa çempionu və iki dəfə Olimpiya mükafatçısı Hacı Əliyevə, Uşu-sanda üzrə üçqat Avropa və on bir dəfə Dünya çempionu Emil Hacıyevə, Boks üzrə Olimpiya Oyunlarının mükafatçıları Şahin İmranova və Fuad Aslanova təbliğat-təşviqat kampaniyası dövründə yanımızda olduqlarına və verdikləri dəstəyə görə səmimi-qəlbdən təşəkkür edirəm”.

Əvvəlki məqaləHarvard Hüquq Məktəbinin məzunu Prezident Administrasiyasında işə qəbul edildi
Növbəti məqalədəMərkəzi Bank BOKT-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib