Ev Siyasət XİN rəsmisi Aİ-ni Azərbaycanın daxili işlərinə uğursuz müdaxilədən çəkinməyə çağırıb

XİN rəsmisi Aİ-ni Azərbaycanın daxili işlərinə uğursuz müdaxilədən çəkinməyə çağırıb

56

“Azərbaycanda növbədənkənar parlament seçkisi ölkənin Konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib”.

Oxu.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa İttifaqının seçki ilə bağlı yaydığı məlumata cavab olaraq “X” hesabında yazıb.”Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv iddiası və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçki ilə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçki ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib”, – XİN rəsmisi vurğulayıb.Həmçinin Ayxan Hacızadə Avropa İttifaqını (Aİ) Azərbaycanın daxili işlərinə uğursuz müdaxilələr həyata keçirməməyə çağırıb.”Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti rəsmilərini Azərbaycanın daxili işlərinə müdaxilələrinin uğursuz olduğunu anlamağa və bəzi Aİ dövlətlərinin daxili problemlərinə diqqət yetirməyə çağırırıq”, – o qeyd edib.Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi “X” hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisini tənqid edib.

Əvvəlki məqaləİlham Əliyev Kəlbəcər səfərindən video paylaşdı
Növbəti məqalədəErsin Tatar İlham Əliyevə zəng etdi