Azərbaycan Türkiyə ilə regional və qlobal əhəmiyyətli Zəngəzur yolu layihəsinin reallaşmasına addım-addım yaxınlaşır.
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının xarici özəl mühafizə şirkətinə verilməsinin istisna edilmədiyini bildirib.Xatırladaq ki, bu günlərdə ölkənin baş naziri Nikol Paşinyan kommunikasiya xəttinin mühafizəsinin xarici özəl təhlükəsizlik agentliklərindən birinə həvalə edilə biləcəyinin mümkünlüyünü bildirmişdi. Onun sözlərinə görə, bu, Ermənistanın suverenliyini pozmur.Rəsmi İrəvanın Zəngəzur yolunun açılması ilə bağlı daha çox müəmması olub. Onlar əvvəlcə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın məsələ ilə bağlı uyğun tələbini yerinə yetirməmək üçün müxtəlif bəhanələr uydurdular. Sonra Rusiya hərbçilərinin, sərhədçilərinin Ermənistandan çıxması məsələsi etiraz aksiyası, ayrı-ayrı siyasilərin və ictimaiyyət nümayəndələrinin dili ilə vurğulandı. Habelə rəsmi İrəvan noyabr bəyanatının artıq qüvvədən düşdüyünü bildirmişdi.










