Ev Siyasət ABŞ Konqresinin separatizm sevgisi: Pallone və Kardin yenidən “iş” başında

ABŞ Konqresinin separatizm sevgisi: Pallone və Kardin yenidən “iş” başında

90

Amerika Birləşmiş Ştatlarının (ABŞ) anti-Azərbaycan isterikası, separatizmə dəstəyi səngimək bilmir. Birtərəfli qaydada məğlub Ermənistan dəstəklənir, silahlandırılır, revanşizmə sürüklənir.30 il keçmiş Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik etmiş dövlət Ermənistanı riyakarcasına müdafiə edir. Erməni lobbisinin ciddi təsiri altında olan və əksər hallarda Azərbaycana qarşı qərəzli qərarlar qəbul edən ABŞ Konqresində növbəti şou nümayiş etdirilib. Konqresdə keçirilən müzakirələrdə iddia olunub ki, ləğv edilən qondarma qurum ərazisində etnik təmizləmə həyata keçirilib. Ardınca da iddia olunub ki, Azərbaycan Ermənistana qarşı təcavüz edib.

“ABŞ Konqresinin bədnam Helsinki Komitəsində “Ermənistanın Demokratiyasına və Qərb Gələcəyinə Dəstək” mövzusunda keçirilən dinləmədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Azərbaycanın Artsaxda apardığı etnik təmizləməni və Bakının Ermənistana qarşı davam edən təcavüzünü pisləyib”, – deyə erməni mediası yazıb. Dinləmələrdə iştirak etmək üçün üç “ekspert şahid” dəvət olunub: ABŞ-nin ATƏT-dəki keçmiş səfiri Dan Bayer, ​​Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə keçmiş analitiki Olesya Vardanyan və İrəvandakı Demokratiya və Təhlükəsizlik Regional Mərkəzinin prezidenti Tiqran Qriqoryan. Hər üçünün də anti-Azərbaycan, anti-Türkiyə mövqeyi bəllidir.

Əvvəlki məqaləBir neçə məntəqədə seçkinin nəticələri ləğv edilib
Növbəti məqalədəCeyhun Bayramov türkiyəli səfiri qəbul edib