Ev İqtisadiyyat Çayımızın keyfiyyətini aşağı salan məqamlar

Çayımızın keyfiyyətini aşağı salan məqamlar

52

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 3 924,4 ton çay istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 542,8 ton və ya 16,1 faiz artıb. Ötən ilin yanvar-aprel aylarında 3 381,6 ton çay istehsal edilmişdi. Çay istehsalımızdakı artım müsbət tendensiyadır.Bəs bu sahədəki gələcək perspektivlərimiz necədir?”Kaspi” qəzeti budəfəki məqaləsində bu suala cavab axtarıb.”Cəmi 1 000 ton çay istehsalımız var”Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, artım emal sənayemiz ilə bağlıdır:”Rəqəmlərdə göstərilənlər idxalla gəlmiş məhsuldur. Çünki özümüzün ölkə üzrə cəmi 1 000 ton çay istehsalımız var. Statistikada qeyd olunanlar emal sənayesidir. Bu, yerli istehsalla bağlı deyil. Biz quru çayı idxal edirik. 14-15 min ton çay idxalımız var. Onun 3-4 min tonu ixrac olunur, qalanı isə tələbatımızı ödəmək üçündür”.

Əvvəlki məqaləİlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib
Növbəti məqalədəSabahın havası meteohəssas insanlara necə təsir edəcək?