Ev İqtisadiyyat Mikayıl Cabbarov Sultan Əbdülrəhman Əl-Marşad ilə görüşüb

Mikayıl Cabbarov Sultan Əbdülrəhman Əl-Marşad ilə görüşüb

78

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad ilə görüşüb.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Bildirilib ki, iqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyini bildirib, Fondun dəstəyi ilə ölkəmizdə həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb.Nazir iqtisadiyyatın prioritet sahələrinə, o cümlədən sənaye, enerji və kənd təsərrüfatı sahələrinə investisiya qoyuluşu, Səudiyyə Ərəbistanı investorlarının işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması prosesində iştirakı imkanlarını qeyd edib.Sultan Əbdülrəhman Əl-Marşad ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin, aparılan müzakirələrin iqtisadi-ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, yeni birgə layihələrin icrası perspektivlərindən danışıb.Tərəflər dövlət-özəl tərəfdaşlığı, Orta Dəhliz çərçivəsində reallaşdırılan “yaşıl” enerji layihələri, investisiyalar və digər prioritet sahələr üzrə yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsini, biznes vahidləri ilə əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsini müzakirə ediblər.

Əvvəlki məqaləSOCAR “Şamaxı-Qobustan” sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Növbəti məqalədəSOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib