Fransa sakinlərinin dörddə üçü ölkə Prezidenti Emmanuel Makrondan narazılığını bildirib.
Oxu.Az xəbər verir ki, bunu “Ifop”un “Journal du Dimanche” qəzeti üçün keçirdiyi sorğunun nəticələri sübut edir.Nəşr qeyd edir ki, 2018-ci ilin dekabrında “Sarı jiletlilər” böhranının pik nöqtəsində Zəfər tağı talan edildikdən sonra heç vaxt prezidentin populyarlıq reytinqi 25%-ə enməyib və ya ondan narazılıq reytinqi 75%-ə yüksəlməyib.Bildirilir ki, Makron əsasən “onu korlayan eqosu”, həmçinin “parlamentin fiaskosunda” günahlandırılır.”Ifop” sorğusu göstərib ki, fransızların 55%-i Baş nazir Mişel Barnyedən də narazıdır, baxmayaraq ki, onun hökuməti hələ fəaliyyətə başlamayıb.Sorğu sentyabrın 11-dən 20-dək 2098 nəfərin iştirakı ilə aparılıb.










