Türkiyənin müxtəlif şirkətlərinin istehsal etdiyi fərqli təyinatlı, xüsusilə də zərbə xarakterli pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycana idxalına dair müzakirələr davam etdirilir.
Bu barədə APA-ya Bakıda keçirilən V “ADEX-2024” sərgisi çərçivəsində məlumat verilib.Qeyd olunub ki, hazırda bununla bağlı detallar razılaşdırılır.Azərbaycanla Türkiyə arasında əsasən hidrogen yanacağı texnologiyası ilə işləyən kiçik həcmli pilotsuz uçuş aparatlarının idxalı da tərəflər arasında danışıqların mövzusudur.