Ev Multimedia ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib

308

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi Anım Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib.

Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.Səfir, həmçinin, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.”Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”, – deyə paylaşımda qeyd olunub.

Əvvəlki məqaləHikmət Hacıyev Anım Günü ilə bağlı paylaşım edib
Növbəti məqalədəNovak: “Rusiya, İran və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi nəzərdən keçirilir”