Ev Cəmiyyət Vətən müharibəsi şəhidlərinin xatirəsi bölgələrdə anılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi bölgələrdə anılıb

4

Ölkənin Mərkəzi Aran rayonlarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir, Ağsu, Göyçay və Ağdaş rayonlarında təşkil olunan tədbirlərdə rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, təşkilat və müəssisələrdə çalışanlar, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbirlər çərçivəsində adları çəkilən rayonlarda Şəhidlər xiyaban ziyarət olunub, şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların ruhuna dualar oxuyublar. Həmçinin Anım Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilib.Eyni zamanda, qeyd olunan rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlki məqaləXətaidə baş verən güclü yanğın tam söndürüldü
Növbəti məqalədəDövlət və hökumət rəsmiləri Zəfər parkında olublar