Ev İdman Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurub

Azərbaycan millisi Avropa Kubokunu dördüncü pillədə başa vurub

25

Cüdo üzrə Azərbaycan komandası Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa Kubokunun ümumi hesabında 4-cü yeri tutub.

Oxu.Az xəbər verir ki, idmançılarımız yarışda üç medal qazanıblar.Rəşid Elkiyev (66 kq) turnirin qalibi, Hüseyn Allahyarov (60 kq) və Camal Həmzətxanov (+100 kq) isə gümüş mükafatçı olub. Yekun nəticədə Azərbaycan millisi İtaliya, Ukrayna, İsrail, Kanada və bir çox başqa ölkələri qabaqlayıb.Birinci yerdə Fransa (6-4-6) qərarlaşıb, Almaniya ikinci (2-0-3), Niderland isə üçüncü (1-3-4) olub.

Əvvəlki məqaləMəhəmməd Salah dünyanın ən yaxşı vingeri seçilib
Növbəti məqalədəFinlandiya prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gələcək