Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder məşqçiliyə başlamağa hazırlaşır.
Oxu.Az xəbər verir ki, 40 yaşlı keçmiş yarımmüdafiəçi ona mane olan işləri yoluna qoyduqdan sonra məşqçiliyə başlayacağını açıqlayıb.
Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan sabiq futbolçu karyerası ərzində “Real Madrid” (İspaniya), “İnter” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Nitsa” (Fransa) kimi klublarda forma geyinib. O, Niderland yığmasında meydana çıxdığı 134 oyunda 31 qol vurub.