Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Oxu.Az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.