Ev Cəmiyyət Millət vəkili: “Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil...

Millət vəkili: “Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil yetişdirilir”

137

“Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil yetişdirilir. Təhsillə bərabər maarif məktəblərində milli mənəvi dəyərlərin təbliğ edilməsi önəmli addımdır”.

Oxu.Az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib.

“Hər bir ölkə təhsil ilə uğura nail olur. Bu gün bizim qarşımızda duran əsas məqsəd milli mənəvi dəyərlərə sahib gənc nəslin yetişdirilməsidir. Maarif məktəblərinin üstün cəhətlərindən biri də məhz budur ki, burada şagirdlərə milli mənəvi dəyərlər aşılanır. Təhsil önəmli olduğu qədər, milli mənəvi dəyərlərə sahib, millətinə, soy kökünə sadiq gənc nəslin yetişdirilməsi çox vacibdir”.

Əvvəlki məqaləBakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşıb
Növbəti məqalədəOktyabrın 8-nə olan hava proqnozu AÇIQLANIB