Ev İdman Viktor Osimhendən “Qalatasaray” azarkeşlərinə şad xəbər

Viktor Osimhendən “Qalatasaray” azarkeşlərinə şad xəbər

30

“Qalatasaray” klubunun nigeriyalı ulduz futbolçusu Viktor Osimhenin yaşıl meydanlara dönəcəyi tarix bəlli olub.

Oxu.Az xəbər verir ki, sentyabrın 28-də “Kasımpaşa” ilə görüşdə zədələnən Viktor Osimhen milli yığmaların oyunları ilə bağlı fasilədən sonra yenidən əsas heyətə qayıdacaq.

Bu barədə futbolçu özü jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, Viktor Osimhen “Napoli” klubundan “Qalatasaray”a icarə əsasında transfer olunub.

Əvvəlki məqaləAzərbaycan millisinin heyətində daha bir dəyişiklik baş verib
Növbəti məqalədəŞuşaya qayıdan sakin: “Cıdır düzünü, İsa bulağını taqətdən düşənə qədər gəzəcəyəm”