Ev İqtisadiyyat MM-dən elektrik enerjidoldurucuları ilə bağlı QƏRAR – Güzəşt müddəti artırılır

MM-dən elektrik enerjidoldurucuları ilə bağlı QƏRAR – Güzəşt müddəti artırılır

132

Milli Məclis elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddətinin üç ildən beş ilə kimi artırılmasını birinci oxunuşda təsdiqləyib.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişiklik layihəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha iki il müddətinə uzadılacaq.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən üç il müddətinə ƏDV-dən azaddır.

Layihə səsverməyə qoyularaq qəbul edilib.

Əvvəlki məqaləBakıda Azərbaycan Halal Biznes və Turizm Forumu öz işinə başlayıb
Növbəti məqalədəNazir: “Müsəlman ölkələrindən turist axını halal standartların tətbiqini zəruri edir”