Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, AVF-nin vitse-prezidenti Faiq Qarayev, mətbuat katibi Bəhruz Quliyev, baş katibi Faiq Orucov, klub rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Keçirilən püşkatma mərasimində üz-üzə gələcək komandalar bəlli olub.