Ev Dünya XXI əsrdə bir klubda 100 qola ən tez çatan futbolçuların siyahısı açıqlanıb

XXI əsrdə bir klubda 100 qola ən tez çatan futbolçuların siyahısı açıqlanıb

29

XXI əsrdə bir klubda 100 qola ən tez çatan futbolçular siyahısına Kriştianu Ronaldu və Erlinq Holand başçılıq edirlər.

Oxu.Az xəbər verir ki, Erlinq Holand 100 qola “Mançester Siti” klubu ilə 105 oyunda çatıb.

Erlinq Holand bu göstərici ilə Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

Kriştianu Ronaldu “Real Madrid”dəki karyerasında belə bir nəticəyə çatmaq üçün 105 oyun keçirmişdi.

Portuqaliyalı ulduz “Yuventus” klubunda 100 qolu 131 oyunda vurmağı bacarmışdı.

Argentina millisinin ulduz futbolçusu Lionel Messi isə “Barselona” ilə ilk 100 qolunu vurmaq üçün 188 oyun keçirdiyi üçün siyahıya düşə bilməyib.

Əvvəlki məqaləVladimir Putin Rusiyanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi
Növbəti məqalədəPrezident: “İqlim dəyişmələrilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atırıq”