Ev İdman “Everton”da çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu I Liqa klubuna keçib

“Everton”da çıxış etmiş Azərbaycan millisinin sabiq futbolçusu I Liqa klubuna keçib

24

Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev karyerasını I Liqanın “Qaradağ Lökbatan” klubunda davam etdirəcək.

Oxu.Az xəbər verir ki, “Neftçi”nin sabiq futbolçusu yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.Artıq Abdullayev Birinci Liqa klubu ilə məşqlərə start verib.32 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Everton” (İngiltərə), “Panionios” (Yunanıstan), “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ”, “Boluspor” (Türkiyə), “Etnikos” (Kipr), “Sumqayıt”, “Llapi” (Kosovo) və “Zirə” komandalarında oynayıb.

Əvvəlki məqaləBakıda 70 hotelin açıq məkandakı reklamlarında düzəlişlər edilib
Növbəti məqalədə39 yaşlı Modriçin gələcək karyerası haqqında bəzi detallar məlum olub