Ev Dünya Rusiyada iki ay əvvəl dənizdə itkin düşən səyyahlar tapılıblar

Rusiyada iki ay əvvəl dənizdə itkin düşən səyyahlar tapılıblar

68

Rusiyada qayıqla Xabarovsk diyarından Saxalin sahillərinə səyahətə çıxan, lakin bir müddət sonra itkin düşən üç nəfərin taleyinə aydınlıq gəlib.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə qayıq Oxot dənizində üzən “Angel” (Mələk) gəmisinin heyəti tərəfindən təsadüf nəticəsində aşkar edilib.

Qeyd olunur ki, qayıqda olan üç nəfərdən ikisi həyatını itirib, bir nəfər isə taqətdən düşmüş halda olub. Onlar iki aya yaxın müddət ərzində açıq sularda ac və susuz qalıblar.

Əvvəlki məqaləİsrail polisi İran üçün casusluq edən iki nəfəri həbs edib
Növbəti məqalədəElçin Əmirbəyov: “Cənubi Qafqazda sülh üçün tarixi şans yaranıb”