Ev İdman Azərbaycanın daha iki təmsilçisi “Mingəçevir reqatası-2024″də medal qazanıb

Azərbaycanın daha iki təmsilçisi “Mingəçevir reqatası-2024″də medal qazanıb

126

Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.

Oxu.Az xəbər verir ki, Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.

Onlar Aşağı Köndələnçay su anbarındakı yarışda fərqləniblər.

A.Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayakla mübarizədə birinci olub.

C.Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kanoe yarışında üçüncü olub.

Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq. Ötən gün Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər.

Əvvəlki məqaləŞahdağa qar yağıb – FAKTİKİ HAVA
Növbəti məqalədəPolitoloq: “Qarabağdakı separatçılar ermənilərin başına oyun açıblar”