Ev Siyasət Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli və Gəncə terrorunu araşdırmalıdır

Ermənistan BCM üzvü kimi öhdəliyini yerinə yetirməli və Gəncə terrorunu araşdırmalıdır

8

Bu gün İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

Gəncə terroru Ermənistanın vandallığının, cinayətkarlığının ən bariz nümunələrindəndir. Belə ki, döyüş meydanında Azərbaycan Ordusu ilə bacarmayan Ermənistan hərbi-siyasi rəhbərliyi və ovaxtkı separatçı xunta rejimi mülki əhalini və yaşayış məntəqələrini hədəf alırdı. Burada iki əsas məqsəd var idi. Birincisi, Azərbaycan daxilində xaos yaratmaq, həmrəyliyi pozmaq, ikincisi isə mülki əhalini qorxutmaq və müharibəni dayandırmaq. Ermənistan biabırçı formada məğlub olacağını öncədən başa düşmüşdü.

Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə atəşə tutub.

Düşmənin bu hücumu zamanı yaşayış binaları tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55 nəfər yaralanıb, bir çox mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Əvvəlki məqalə17 Oktyabr – Füzuli Şəhəri Günüdür
Növbəti məqalədəKOB-ların məhsul və xidmətləri “Rebuild Karabakh” sərgisində