Nims kimi tanınan əfsanəvi nepallı alpinist Nirmal Purca dünyanın ən yüksək zirvələrini fəth etməyə və yeni rekordlar vurmağa davam edir. Belə ki, o, Şişabanqma zirvəsinə (8 027 m) cəmi beş gün ərzində ikinci dəfə qalxıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o özünün “Instagram” hesabından xəbər verib.
Bu 8 000 metrlik zirvəyə ekspedisiya üçün inanılmaz dərəcədə sürətli nailiyyətdir.
“Mən yenidən Şişabanqmanın zirvəsindəyəm – bu, beş gün ərzində mənim ikinci fəthimdir. İndi mən dünyanın ən yüksək zirvələrinə 50 dəfə uğurla qalxmışam ki, bu da məni buna nail olan ilk və ən sürətli insan edir”, – deyə Nirmal Purca yazıb.
Bundan əvvəl səkkizminliklərə dırmanmaların sayına görə rekord digər nepallı alpinist Kami Rita Şerpaya məxsus idi. O bu zirvələrə 42 dəfə qalxıb. Məlumdur ki, 2024-cü ildə Kami Rita iki dəfə Everestə qalxıb, ehtimal ki, öz göstəricilərini yaxşılaşdırıb, lakin dəqiq məlumat hələ yoxdur.
Nirmal Purcanın nailiyyətləri bununla bitmir. Oktyabrın 4-də o, Minqma Ci ilə birlikdə “14 səkkizminlik oksigensiz” “çelenc”ini yerinə yetirib.