Ev Cəmiyyət COP29 müddətində hər hansı məhdudiyyət olmayacaq – RƏSMİ AÇIQLAMA

COP29 müddətində hər hansı məhdudiyyət olmayacaq – RƏSMİ AÇIQLAMA

29

“COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”.

APA xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır:

“İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik”.

Əvvəlki məqaləBakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI
Növbəti məqalədəTürkiyə Müdafiə Nazirliyi: “İki bədəndə bir can, Türkiyə-Azərbaycan!”