Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
“İki bədəndə bir can, Türkiyə-Azərbaycan!
Qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü təbrik edir və Azərbaycan xalqını ürəkdən salamlayırıq. Biz “bir millət, iki dövlət” şüarı ilə hər zaman qardaşlarımızla bir olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!” – deyə Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşımında qeyd olunub.