Ev Cəmiyyət “Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

“Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

35

Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, qurumun yeni direktoru Bahar Dadaşova olub.

O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.

“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.

Xatırladaq ki, N.İbrahimov bu vəzifəyə bu ilin mayında təyin edilmişdi.

Əvvəlki məqaləCOP29-da iştirak etmək üçün 3 minə yaxın jurnalist qeydiyyatdan keçib
Növbəti məqalədə“Füzuli” klubunun “Göygöl”lə görüşə 10 nəfərlə çıxmasının səbəbi bəlli olub