Bakı Metropoliteninә yeni vaqonlar gətirilib.
Oxu.Az bildirir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Məlumata görə, “81-765 Б/766 Б” seriyalı qatar tәrkibi innovasiyalar baxımından dördüncü nәslә mәnsubdur.
Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şәrtlәrinә uyğun istehsal olunub vә yığılaraq komplektlәşdirilmәsi Bakı Metropolitenindә tәşkil edilib.
Vaqonların yığılması prosesi digәr metropolitenlәr üçün nәzәrdә tutulmuş standart layihә әsasında deyil, Avropanın әn yüksәk texnoloji tәlәblәrә cavab verәn aparıcı istehsalçılarının avadanlıq vә sistemlәri ilә aparılıb.