Ev Dünya Tramp ABŞ-nin axmaqlar ölkəsinə çevrildiyini bəyan edib

Tramp ABŞ-nin axmaqlar ölkəsinə çevrildiyini bəyan edib

11

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, ölkənin sakinləri axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsində yaşamaqdan yorulublar.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.”Siz (amerikalılar) axmaqlar ölkəsində yaşamaqdan yorulmusunuz. Biz axmaqlar tərəfindən idarə olunan axmaqlar ölkəsinə çevrilmişik”, – deyə o, jurnalist Taker Karlsona müsahibəsində bildirib. Söhbət Arizona ştatının Qlendel şəhərində tamaşaçıların iştirakı ilə aparılıb. O, həmçinin hazırkı Prezident Co Baydeni ABŞ-nin inkişafına mane olduğuna görə “axmaq yaramaz” adlandıraraq tənqid edib.ABŞ-də növbəti ümumi seçki noyabrın 5-də keçiriləcək. Prezident postu uğrunda Tramp və Kamala Harris mübarizə aparacaqlar. Tramp ABŞ-nin 45-ci prezidenti (2017-2021) olub.

Əvvəlki məqaləMessi məşqçi olmaq planları barədə danışdı
Növbəti məqalədə“Liverpul” klubu 75 azarkeşini oyunlardan ömürlük uzaqlaşdırıb