“Dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanları yardım və imtiyazlar tətbiq edə bilər”.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar İskəndərov deyib.Onun təklifinə görə, uşaqlara yalnız icra hakimiyyəti yox, həm də fondlar, hüquqi və fiziki şəxslər də dəstək ola bilərlər:”Bununla həm də dövlətin yükünü azalmış olar. Bu məsələ “Uşaq hüquqları haqqında” Qanunun preambula hissəsində qeyd olunub. Belə ki, beynəlxalq konvensiyada və bu qanunda insan 18 yaşa qədər uşaq hesab edilir. Amma Azərbaycan Respublikası “Gənclər siyasəti haqqında” Qanunda uşaq yaşı 13-də bitir. Çünki həmin qanunda Azərbaycanda gənclik yaşı 14-29 hesab edilir. Gələcəkdə bu uyğunsuzluğa baxmalıyıq”.