Ev İqtisadiyyat Manatın real effektiv məzənnəsi azalıb

Manatın real effektiv məzənnəsi azalıb

13

Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bu, aylıq müqayisədə 0,2 bənd az, ilin əvvəlinə nisbətən 1,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd çoxdur.

Oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 118,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 3,2 bənd, illik müqayisədə isə 5,1 bənd azdır.

Əvvəlki məqaləAvropanın bəzi ərazilərindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyuldu
Növbəti məqalədəAYNA rəsmisi: “Zəfər yolunda elektron tərəzinin quraşdırılmasına başlanılıb”