Ev İdman Azərbaycanlı veteran cüdoçu 65 yaşında 12-ci dəfə dünya çempionu olub

Azərbaycanlı veteran cüdoçu 65 yaşında 12-ci dəfə dünya çempionu olub

11

Azərbaycan təmsilçisi Fərhad Rəcəbli (90 kq) 12-ci dəfə veteran cüdoçular arasında dünya çempionu olub.

Oxu.Az xəbər verir ki, Fərhad Rəcəbli ABŞ-nin Las-Veqas şəhərində keçirilən mundialın M8 kateqoriyasında fərqlənib.

F.Rəcəbli ilk görüşündə yerli Lorenso Şippdən güclü olub. Veteran cüdoçu ardınca üç fransalı – Filip Juni, Mişel Dumortye və Alan Dayezə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, yarış noyabrın 7-də başa çatacaq.

Əvvəlki məqaləBakı-Sumqayıt qatarlarında iş günlərində altı reys ləğv olunur
Növbəti məqalədə“Real Madrid” Kilian Mbappeni “Mançester Siti”nin ulduzu ilə dəyişmək istəyir