Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-də keçirilən prezident seçkisində Donald Trampın qələbəsini şərh edib.
Oxu.Az-ın xəbərinə görə, M.Zaxarova bu barədə öz “Telegram” kanalında paylaşım edib.
“Yadlara nifrətlə deyil, öz ölkəsinə məhəbbətlə yaşayanlar qalib gəlirlər”, – deyə o, paylaşımda bildirib.
Rusiya KİV-in xəbərinə görə, Mariya Zaxarova, həmçinin, qeyd edib ki, respublikaçı Donald Trampın seçkidə qalib gəldikdən sonra münaqişələrə son qoymağın zəruriliyi ilə bağlı bəyanatı müvafiq sözlərdən sonra konkret addımların atılmasını nəzərdə tutur.
Xatırladaq ki, qələbəsi ilə bağlı yayılan xəbərlər fonunda Tramp bəyan edib ki, müharibələrə başlamaq niyyətində deyil.