Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun “Bavariya” – “Benfika” oyununu tribunadan izləyən azarkeş ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Münhen klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, matçın 3-cü dəqiqəsində halı pisləşən fanat həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Qeyd edək ki, görüş “Bavariya”nın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.