Ev İqtisadiyyat COP29-da iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil ediləcək

COP29-da iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil ediləcək

13

Dövlət Turizm Agentliyi noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək xarici qonaqlar üçün ölkədaxili tanıtım səfərləri təşkil edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.

Bildirilib ki, bu səfərlər 159,4 min manata başa gələcək.

Belə ki, xarici qonaqlar Bakı və regionlardakı muzeylərə, teatr, opera, qalereya, ekoparklara aparılacaqlar. Onlar üçün Azərbaycan şərablarının dequstasiyası da nəzərdə tutulub.

Əvvəlki məqaləCəbrayıl sakini: “Ən böyük arzumuz bu gün çin olur”
Növbəti məqalədəZəfər Gününün HAVA PROQNOZU açıqlandı