“Landscape Photographer of the Year” mükafatı 2024-cü ilin qaliblərini elan edib. Münsiflər heyəti planetimizin inanılmaz gözəlliyini nümayiş etdirən dünyanın ən gözəl mənzərə şəkillərini seçib.
Oxu.Az bu barədə dpreview.com portalına istinadla xəbər verib.
Bildirilib ki, əsas mükafat ardıcıl ikinci il Kanadadan olan fotoqraf Endryu Melzinskiyə verilib. O, Çilidəki Atakama səhrasında fantastik günəş doğuşunu çəkməyə nail olub.