Ev İdman Dünyanın ən bahalı futbol çempionatları bəlli olub

Dünyanın ən bahalı futbol çempionatları bəlli olub

12

“Transfermarkt” portalı dünyanın ən dəyərli futbol çempionatlarının siyahısını açıqlayıb. Siyahıya 11.75 milyard avro ümumi dəyəri ilə İngiltərə Premyer Liqası başçılıq edir.

Oxu.Az xəbər verir ki, ikinci sırada İspaniya La Liqası yer alıb. Onun ümumi dəyəri 5.48 milyard avrodur.

İlk “üçlüy”ü İtaliya A Seriyası tamamlayır. Çempionatın ümumi dəyəri 4.95 milyard avro təşkil edir.

Türkiyə Superliqası isə 1.15 milyard avro dəyəri ilə siyahıda 9-cu sırada qərarlaşıb.

Əvvəlki məqaləAzərbaycan və Türkiyə dəniz xüsusi təyinatlılarının birgə təlimi davam edir
Növbəti məqalədəMaskerano “İnter Mayami” ilə üçillik müqavilə imzaladı