Ev Dünya Putin: “KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi”

Putin: “KTMT İrəvan üçün Qarabağda döyüşməli deyildi”

12

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsinə müdaxilə etməməli idi, çünki münaqişə zamanı Ermənistan xarici təcavüzə məruz qalmamışdı”.

Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstanda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Lakin KTMT-nin buna heç bir aidiyyəti yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb”, – deyə o bildirib.

“KTMT – üzv ölkələri xarici təcavüzdən qorumaq üçün nəzərdə tutulub. Qarabağdakı hadisələrin öz spesifikası var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımayıb və əlbəttə ki, Qarabağı öz ərazisinə daxil etməyib. Deməli, Qarabağda baş verənlərin Ermənistana hüquqi baxımdan heç bir aidiyyəti yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini tələb etmək qəribədir”.

Əvvəlki məqaləMilli Konservatoriyanın yeni rektoru kollektivə təqdim olunub
Növbəti məqalədəEfiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub