Ev Siyasət Paşinyan: “Danışıqların ancaq bir nəticəsi ola bilərdi – Qarabağın Azərbaycana qaytarılması”

Paşinyan: “Danışıqların ancaq bir nəticəsi ola bilərdi – Qarabağın Azərbaycana qaytarılması”

109

“Danışıqların yalnız bir nəticəsi ola bilərdi – Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması”.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook”dakı səhifəsində yazıb.

“Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni, danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.

Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım”, – Paşinyan yazıb.

Əvvəlki məqaləCəbrayıl sakini: “Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı”
Növbəti məqalədəPrezident İlham Əliyev bir sıra şəxslərə ev verdi