Ev Siyasət Son beş ildə İrəvandan Bakıya həyata keçirilən reyslərin sayı açıqlanıb

Son beş ildə İrəvandan Bakıya həyata keçirilən reyslərin sayı açıqlanıb

131

Son beş ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi “Sputnik Ermənistan”ın sorğusuna cavabında bildirib.

Belə ki, 2024-cü il dekabrın 11-də məlum olub ki, İrəvandan Bakıya beynəlxalq şirkət tərəfindən sifariş edilmiş çarter reysi həyata keçirilib.

Qurumdan bəyan edilib ki, bu reys ilk deyil.

“Son beş ildə, 2020-ci ildən başlayaraq, İrəvandan Bakıya və əks istiqamətdə beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün 66 dövlət reysi həyata keçirilib”, – deyə qurumdan bildirilib.

O da qeyd olunub ki, İrəvan-Bakı-İrəvan marşrutu üzrə təyyarələr iki trayektoriya üzrə uçurlar.

Əvvəlki məqaləPrezident İlham Əliyev bir sıra şəxslərə ev verdi
Növbəti məqalədəYeni il ərəfəsində quş əti bahalaşıb?