Ev Dünya Beynəlxalq Dekolonizasiya Cəbhəsi təyyarə qəzası ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib

Beynəlxalq Dekolonizasiya Cəbhəsi təyyarə qəzası ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib

16

Beynəlxalq Dekolonizasiya Cəbhəsi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Azərbaycan dövləti və xalqına, təyyarə qəzası qurbanlarının ailələrinə və Bakı Təşəbbüs Qrupuna (BTQ) ünvanlanmış müraciətdə bildirilib ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi dekabrın 25-də baş vermiş faciədən dərindən kədərlənir.

“Son iki il ərzində beynəlxalq konfranslar sayəsində Azərbaycan xalqı, xüsusilə də BTQ ilə qurduğumuz dostluq və əməkdaşlıq əlaqələri hazırkı ağrılı anlarda bizi daha da yaxınlaşdırır. Xalqın matəm etdiyi anda, biz həlak olanların yaxınlarına ən dərin başsağlığımızı veririk. Bu başsağlığı vasitəsilə biz Azərbaycan vətəndaşlarının hər birinə səmimi dostluğumuzu və həmrəyliyimizi çatdırmaq istəyirik. Bu sınaqda bizim düşüncələrimiz sizinlədir”, – deyə bəyanatda bildirilib.

Bəyanatı Qaradərili Xalqlar Beynəlxalq Komitəsi (CIPN), “Fos pou konstwi nasyon Gwadloup” (FKNG), Boneyra İnsan Hüquqları Təşkilatı, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS), Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya Hərəkatı (MDES), Suveren Martinik naminə ekoloqlar və demokratlar Hərəkatı (MODEMAS), Qvadelupun Təzminatlar naminə Beynəlxalq Hərəkatı (MIR-Guadeloupe), Nazione Hərəkatı, Pueblo Progresivo Uni Hərəkatı, Multikultural və proqressiv Yeni Kaledoniya, Vahid Müqəddəs Martin Assosiasiyası, Qvadelupun Kommunist Partiyası (PCG), Martinikin Azadlığı Naminə Partiya (PALIMA), “Pati Kominis pou Lendepandans ék Sosyalizm” (PKLS), Fransız Polineziyasının “Tavini Huiraatira” Partiyası, Kaledoniya Birliyi, Qvadelupun Azadlığı Naminə Xalq Birliyi (UPLG) imzalayıblar.

Əvvəlki məqaləKriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir
Növbəti məqalədəUkrayna prezidenti İlham Əliyevə təyyarə qəzası ilə bağlı başsağlığı verib