Ev İdman Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir

Kriştianu Ronaldu ən böyük klubun sahibi olmaq istəyir

134

Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştianu Ronaldu gələcək planlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, ulduz futbolçu bu barədə bütün zamanların ən yaxşı bombardiri olaraq mükafat aldığı “Globe Soccer Awards” mərasimində danışıb:

“Mən heç vaxt məşqçi olmayacağam. Klub prezidenti? Yox! Bəlkə klub sahibi. Bu məqamdan, düzgün imkanlardan asılı olacaq.

Hələ çox gəncəm, planlarım, arzularım çoxdur. Amma sözlərimi qeyd edin: mən böyük klubun sahibi olacağam”.

Qeyd edək ki, 39 yaşlı portuqaliyalı 2024-cü ildə Yaxın Şərqin ən yaxşı futbolçusu seçilib. O, ötən il də bu nominasiyanın qalibi olmuşdu.

Əvvəlki məqaləLev Yaşin tarixin ən çevik qolkiperi olub
Növbəti məqalədəBeynəlxalq Dekolonizasiya Cəbhəsi təyyarə qəzası ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib