Ev Cəmiyyət SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi – SƏBƏB

SOCAR təhlükəsizlik tədbirlərini gücləndirdi – SƏBƏB

15

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar SOCAR-ın “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, dənizdə yerləşən bir sıra istehsalat sahələrindən təxliyələr həyata keçirilib, mövcud vəziyyət nəzarətdə saxlanılır.

Əvvəlki məqaləSOCAR-ın Türkiyədəki layihələrə investisiyalarının həcmi açıqlandı
Növbəti məqalədəBakıda və bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib