Ev İdman Krişitianu Ronaldu “Ən-Nəsr”dəki gələcəyi ilə bağlı yekun qərarını verib

Krişitianu Ronaldu “Ən-Nəsr”dəki gələcəyi ilə bağlı yekun qərarını verib

13

Beşqat “Qızıl top”un sahibi portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” futbol klubu ilə müqaviləsinin müddətini uzadacaq.

Oxu.Az “A Bola” nəşrinə istinadən xəbər verir ki, müqavilə 2026-cı ilin iyun ayına qədər davam edəcək.

Ronaldunun “Ən-Nəsr”lə hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

Futbolçunun 39 yaşı var və 2023-cü ildən “Ən-Nəsr”də çıxış edir.

Qeyd edək ki, Ronaldu bu mövsüm klubda 20 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Əvvəlki məqalə“Qalatasaray” İlkay Gündoğan üçün ilk rəsmi təklifini göndərib
Növbəti məqalədəMahir Emrelinin çıxış etdiyi Almaniya klubu iki futbolçu ilə yolları ayırmağa hazırlaşır