Ev İqtisadiyyat AMB inflyasiya proqnozlarını yeniləyib

AMB inflyasiya proqnozlarını yeniləyib

10

Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,5%, 2026-cı ildə isə 3,8% ətrafında olacağı gözlənilir.

Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.

“Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl AMB bu il üçün 5,8% illik inflyasiya proqnozlaşdırırdı.

Əvvəlki məqaləING Azərbaycanda 2026-cı ilin ortasınadək uçot dərəcəsinin dəyişdirilməsini gözləmir
Növbəti məqalədəABŞ-də qızıl medal qazanan 13 yaşlı qız: “Məktəb biliklərimlə, hazırlaşmadan qalib olmuşam”