Ev İqtisadiyyat ING Azərbaycanda 2026-cı ilin ortasınadək uçot dərəcəsinin dəyişdirilməsini gözləmir

ING Azərbaycanda 2026-cı ilin ortasınadək uçot dərəcəsinin dəyişdirilməsini gözləmir

10

Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin sonunadək uçot dərəcəsini 7,25% səviyyəsində proqnozlaşdırır.

Oxu.Az bu barədə “Report”a istinadən xəbər verir.

Şirkət AMB-nin uçot dərəcəsinin 2026-cı ilin ortasınadək bu səviyyədə saxlanılmasını gözləyir, üçüncü rübdə 7,5%-ə, dördüncü rübdə isə 7,75%-dək artacağını ehtimal edir. Bundan öncəki proqnozda gələn il üçün bu göstərici 7,75% səviyyəsində olacağı gözlənilirdi.

Bu gün Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7,25% saxlanılması barədə qərar qəbul edib.

Əvvəlki məqaləMərkəzi Bank 2025-ci ilin iqtisadi proqnozlarını açıqlayıb
Növbəti məqalədəAMB inflyasiya proqnozlarını yeniləyib