Ev İqtisadiyyat Azərbaycanla BP arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb

Azərbaycanla BP arasında fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparılıb

9

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə səmərəli əməkdaşıq və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıb.

Oxu.Az xəbər verir ki, bu barədə M.Cabbarov “X” hesabında yazıb.

“Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin yaşıl enerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr apardıq”, – paylaşımda qeyd olunub.

Davos İqtisadi Forumu (@wef) çərçivəsində #SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə #bp (@bp_plc) şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin #yaşılenerji keçidində fəal… pic.twitter.com/otLoa1PsfU— Mikayil Jabbarov (@MikayilJabbarov) January 22, 2025

Əvvəlki məqaləArzu Əliyevanın doğum günüdür
Növbəti məqalədəBakının hansı küçələrində sıxlıq var?