Ev Siyasət MSK sədri: “Adları bülletenə salınan namizədlərin sayı 16 mindən çoxdur”

MSK sədri: “Adları bülletenə salınan namizədlərin sayı 16 mindən çoxdur”

12

“Bələdiyyə seçkisinin Azərbaycan ictimaiyyətində xüsusi maraq doğurduğu hiss olunur”.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 685 bələdiyyəyə 8071 nəfər üzv seçilməlidir:

“Adları bülletenə salınan namizədlərin sayı 16 mindən çoxdur. 26 siyasi partiyanın 23-ü bu prosesdə fəal iştirak edir. Qeydə alınan 16 mindən çox namizədin yarıdan çoxu siyasi partiyaların nümayəndələridir. Müşahidəçilərin sayı isə 70 min nəfərə yaxındır”.

Əvvəlki məqaləAzad edilmiş ərazilərdə birgəyaşayışla bağlı komissiya yaradılacaq
Növbəti məqalədəArzu Əliyevanın doğum günüdür