Ev Manşet Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

10

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

Oxu.Az President.az-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.

Əvvəlki məqalə9-cu mikrorayonda işıqforun işləməmə səbəbi nədir?
Növbəti məqalədəŞuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsinə dəyişiklik edilib